"Qarabağ" Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndədi

"Qarabağ" Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndədi

UEFA Çempionlar Liqasına hazırlaşan "Qarabağ" heyət üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

"Mediasport" xəbər verir ki, baş məşqçi Qurban Qurbanov quruma 24 futbolçunun adını göndərib.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabian Buntiç;

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə, 26. Amin Rzayev;

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15, Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə;

Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, Azərbaycan çempionu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Burada komandamızın rəqibi İrlandiyanın "Şelburn" kollektivi olacaq.

İlk görüş iyulun 23-də səfərdə, cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.