"Qarabağ" bu şirkətlə anlaşma memorandumu imzalayacaq

"Qarabağ"la "Deloitte Azərbaycan" arasında anlaşma memorandumu imzalanacaq.
"Mediasport" xəbər verir ki, tədbir sabah klubun Suraxanı qəsəbəsində yerləşən "Azersun Arena"dakı təlim-məşq bazasında keçiriləcək.
"Deloitte" minlərlə özəl şirkətə audit və əminlik, vergi və hüquq, konsaltinq, maliyyə və risk üzrə qabaqcıl məsləhət xidmətləri göstərir.
Bu şirkət Azərbaycanda 22 ildir fəaliyyət göstərir.