"Qarabağ"ı buna məcbur etdik" - Ernesto Valverdenin qələbə şərhi

"Qarabağ"ı buna məcbur etdik" - Ernesto Valverdenin qələbə şərhi

"Oyuna bir qədər tələsik başladıq, erkən qol buraxsaq da, sakitliyimi qorudum. Qarşımızda tam oyun var idi. Bizim üçün qələbə çox önəmli idi".

"Mediasport" xəbər verir ki, bu sözləri UEFA çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində dünən "Qarabağ"a qalib (3:1) gələn "Atletik"in baş məşqçisi Ernesto Valverde deyib.

Mütəxəssis İspaniyada baş tutan görüşü şərh edib:

"Startda bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Lakin tezliklə ardıcıl epizodlar yaradaraq fasiləyə qədər vacib olan qolu vurduq. Bunun sayəsində nəticədə geridönüş edə bildik. Çempionlar Liqasında belə qələbə qazanmaq asan deyil".

İspan çalışdırıcı çox mühüm 3 xal qazandıqlarını bildirib:

"Qələbə çox vacib idi. Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq. Bir epizodda da Yuri Berçiçe topu qapı xəttindən çıxardı - bu, bizim üçün çox vacib an idi”.

Qeyd edək ki, Bilbao təmsilçisi Liqa mərhələsində ilk qələbəsini qazanıb.