"Qarabağ"ın Çempionlar Liqasında ilk matçı xorvat hakimlərə tapşırıldı

"Qarabağ"ın Çempionlar Liqasında ilk matçı xorvat hakimlərə tapşırıldı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) keçirəcəyi ilk oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşün baş hakimi Ante Çulina, yan xətdə köməkçiləri Luka Puşiçlə İvan Mihali olacaq. Dördüncü hakim funksiyasını Mateo Herseq yerinə yetirəcək.

VAR-da Mario Zebeç, AVAR-da isə Tixomir Pejin əyləşəcək.

İyulun 23-də Dublindəki "Tolka Park" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Cavab dueli bir həftə (30 iyul) sonra Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.