"Borussiya" - "Vilyarreal" matçı Tural Qurbanova tapşırıldı
FİFA hakimi Tural Qurbanov UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, referi Gənclər Liqasının I turunda iş başında olacaq.
Qurbanov “Borusiya” (Dortmund, Almaniya) – “Villarreal” (İspaniya) qarşılaşmasını idarə edəcək.
Yan xətlərdə Cəmil Əliyev və Asiman Əzizli işləyəcklər.
Görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

