"Qarabağ"la cavab oyunundakı döyüşə hazır olmalıyıq" - İTALYAN
"Asan olmadı, çünki "Qarabağ" çox güclü rəqibdir. İndi tez bir zamanda özümüzə gəlməliyik".
"Mediasport" xəbər verir ki, bunu Bolqarıstanın ÇSKA klubunun futbolçusu Stefano Sensi deyib.
İtalyan yarımmüdafiəçi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan "Qarabağ"la dünən Bakıda baş tutmuş ilk görüş haqda düşüncələrini "gong.bg" saytı ilə bölüşüb:
"Komanda olaraq yaxşı çıxış etdik və çox layiqli oynadıq. Yaxşı oyunçuları olan kollektivimiz var. Bu heç-heçəyə layiq idik.
İndi növbədə "Botev"lə çempionat oyumuz var. Daha sonra "Qarabağ"la cavab oyunundakı döyüşə hazır olmalıyıq".
Xatırladaq ki, komandalar Bakıda qolsuz bərabərliyə razılaşıblar, cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.


