"Qəbələ" daha bir legioneri ilə anlaşmanı yeniləmədi - FOTO
"Qəbələ" daha bir futbolçusunu yola salıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Adriel Ba Lua ilə yollarını ayırıb.
Vingerlə başa çatan müqavilə yenilənməyib.
2025-ci ilin yayından əyalət klubunda çıxış edən kotdivuarlı 35 oyunda 4 qolla yadda qalıb.
Xatırladaq ki, komanda onadək İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko və Murad Musayevlə vidalaşıb.



