"Sabah" onların sırasına qoşuldu
Cari mövsüm Azərbaycan Kubokunu qazanan "Sabah" son 9 mövsümdə ilk dəfə ardıcıl 2 mövsüm kuboku başı üzərinə qaldırıb.
"Mediasport" xəbər verir ki, sonuncu dəfə buna "Qarabağ" nail olub.
"Köhlən atlar" həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.
Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb.
Buna iki dəfə nail olan "Neftçi" öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14 mövsümlərində bunu bacarıb.
"Kəpəz" (1996/97, 1997/98) və "Xəzər Lənkəran" (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.
