İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz"u cərimələdi

AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.
"Mediasport" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
"Sabah" "Neftçi"yə qarşı keçirdiyi Misli Premyer Liqasının XXXVI turunun matçında futbolçusu Sofian Çaklanın ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almasına görə 1500 manat ziyana düşüb. Çakla 2 oyunluq cəzalanıb.
"Neftçi" isə Edvin Kuçun birbaşa qırmızı vərəqə görməsi ucbatından 1000 manat cərimələnib. Futbolçu 1 matçlıq cəza alıb.
"Turan Tovuz"a isə 800 manat cərimə kəsilib. Buna "Kəpəz"lə görüşün fasiləsində meydana kənar şəxslərin daxil olması səbəb olub.