Sona Ağayeva Misirdə lisenziya turnirində qızıl medal qazandı
Azərbaycanın boccia idmançısı Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində böyük nailiyyət əldə edib.
"Mediasport" xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı qızıl medal qazanıb.
O, çempionluq yolunda portuqaliyalı Monika Kosta və yeni zelandiyalı Xloe Sturta qalib gəlib.
Xatırladaq ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.


