"Sumqayıt"ın sabiq futbolçusu Ermənistan klubuna keçdi - FOTO
2025-ci ilin yanvarından yaya qədər “Sumqayıt”da forma geyinmiş Momo Yansane Ermənistana yollanıb.
"Mediasport" xəbər verir ki, Kiprdən ayrılan qvineyalı futbolçu "Pünik"ə keçib.
28 yaşlı hücumçu İrəvan təmsilçisi ilə 6 ay+1 illik müqavilə bağlayıb.
Son 6 ayı “Omoniya Aradipu”da keçirmiş afrikalı forvard Azərbaycan klubunun heyətində 14 oyuna 1 qolla yadda qalıb.

