34 ildən sonra 9-cu dəfə ölkə çempionu adını qazandılar
Futbol üzrə Norveç Elit Liqasında (Eliteserien) 2025-ci ilin çempionu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Vikinq" 34 illik aradan sonra çempionatın qalibi olub.
Son dəfə 1991-ci ildə qızıl medalları qazanmış Stavanger təmsilçisi 71 xal toplayaraq "Budö Qlimt"i (70 xal) qabaqlayıb.
Bu, "Vikinq"in tarixində 9-cu çempionluğudur.
