Tofiq Musayev bu gecə UFC-də növbəti döyüşünü keçirəcək
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev bu gün Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.
"Mediasport" xəbər verir ki, 36 yaşlı idmançı gecə yarı ABŞ-nin Sietl şəhərində Çili idmançısı İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq.
Xatırladaq ki, bu, Musayevin UFC-də ikinci döyüşü olacaq.
Təmsilçimiz ötən il debütdə Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.
