"Turan Tovuz" ikinci yoxlama oyununda da bərabərə qaldı

"Turan Tovuz" ikinci yoxlama oyununda da bərabərə qaldı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” ikinci yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası Ankarada “Fatih Karagümrük”lə qarşılaşıb.

Matçda qalib müəyyənləşməyib - 1:1.

Komandamızın heyətində İbrahima Vaci fərqlənib.

Xatırladaq ki, tovuzlular təlim-məşq toplanışında keçirdikləri ilk sınaqda İranın U-21 yığması ilə heç-heçə ediblər (1:1).