Berdıyevin az şans verdiyi futbolçu "Kəpəz"də oynayacaq
"Turan Tovuz"da əsas heyətə düşə bilməyən Veysəl Rzayev karyerasını "Kəpəz"də davam etdirəcək.
Gəncə klubundan "Mediasport"a verilən məlumata görə, hazırda tərəflər arasında davam edən danışıqlar son mərhələdədir.
"Sarı-göylər" güman ki, U-17, U-19 və U-21 millilərimizin sabiq üzvünü mövsümün sonunadək icarəyə götürəcək.
Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin gözdən çıxardığı yarımmüdafiəçini gəncəlilərin çalışdırıcısı Azər Bağırov şəxsən istəyib.
Veysəli satmaq niyyətində olmayan "Turan Tovuz"un icarə variantına isti yanaşdığı deyilir.
Xatırladaq ki, 2020-2024-cü illərdə "Sabah"a məxsus olmuş Rzayev 2022-ci ildən tovuzluların formasını geyinir.
Ötən mövsümədək davamlı meydana çıxan futbolçu cari sezonda, demək olar, şans qazanmır.
