"Turan Tovuz" növbəti dəfə Türkiyə klubu ilə qarşılaşacaq
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi məlum olub.
"Mediasport" xəbər verir ki, Kurban Berdiyeevin rəhbərlik etdiyi kollektiv Türkiyə təmsilçisi "Iğdır" ilə qarşılaşacaq.
Matç iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, qərblilər Türkiyə toplanışı çərçivəsində İranın U-21 millisi və "Fatih Karagümrük"lə 1:1 hesablı bərabərliyə qalıb.


