"Qarabağ" planetin 502 klubu arasında 60-cıdır - 9 pillə irəli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycandan ən yaxşı göstəriciyə malik "Qarabağ" 9 pillə irəliləyişə nail olub.
Xüsəsn cari mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışları ilə seçilən Qurban Qurbanovun komandası 60-ci pillədə qərarlaşıb.
Ağdam təmsilçisinin aktivində 200 xal var.
Digər komandalarımızdan "Sabah" 13 addım yüksələrək, 96 xalla 224-cü yerdən 211-ə qalxıb.
"Zirə" (63 xal) 389-cu sıradan 418-ci yerə, "Araz-Naxçıvan" (59 xal) isə 456-cı pillədən 468-ci sıraya düşüb.
Planetin 502 klubunun yer aldığı reytinqə 595 xalla PSJ (Fransa) başçılıq edir.
