UFC-də çəkiölçmə mərasimi oldu
"UFC Fight Night Baku" turniri çərçivəsində bu gün rəsmi çəkiölçmə mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, turnirdə iştirak edəcək bütün döyüşçülər çəki limitlərini uğurla yerinə yetirərək müəyyən edilmiş normanı aşmayıblar.
Gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində Rafael Fiziyev (70,76 kq) Manuel Torreslə (70,76 kq) üz-üzə gələcək.
İkinci əsas döyüşdə isə orta çəkidə Şara Maqomedov (84,36 kq) Mişel Pereyra (84,14 kq) ilə qarşılaşacaq.
Əsas döyüşlərdə yüngül çəkidə Nazim Sadıxov (70,76 kq) Mateus Kamilo (70,76 kq), super yüngül çəkidə Asu Almabayev (57,15 kq) Çarliz Conson (56,92 kq), orta çəkidə İkram Aliskerov (84,36 kq) Brunno Ferreyra (83,91 kq), həmçinin Abus Maqomedov (84,14 kq) Mixal Olekseyçukla (84,36 kq) qüvvəsini sınayacaq.
İlkin döyüşlərdə yarımorta çəkidə Fərman Həsənov (77,33 kq) Erik Nolanla (77,33 kq), yarım ağır çəkidə Abdul Raxman Yaxyayev (93,44 kq) Julius Volkerlə (93,44 kq), orta çəkidə Nursulton Ruziboyev (84,36 kq) Andrey Pulyayevlə (84,36 kq), yarım yüngül çəkidə Kaan Ofli (66,22 kq) Xavyer Reyeslə (65,99 kq), yarımorta çəkidə Daniil Donçenko (77,44 kq) Teodor Berqrenlə (77,56 kq), ən yüngül çəkidə Bekzat Almaxan (61,68 kq) Jan Matsumoto (61,46 kq) ilə, yarımorta çəkidə isə Tahir Abdullayev (77,33 kq) Cefferson Nasimento (77,56 kq) ilə qarşılaşacaq.


