Basketbolçularımız Avropa Kubokunun final mərhələsində

  Basketbolçularımız Avropa Kubokunun final mərhələsində

3x3 basketbolçu qadınlardan ibarət yığmamız Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb

"Mediasport" xəbər verir ki, İrlandiyanı məğlub edən basketbolçularımız (20:21) Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.

Kişilərdən ibarət yığmamız isə Kiprə uduzaraq (10:21) yarımfinal mərhələsində çıxışını başa vurub.