"Zirə" UEFA Konfrans Liqasında Gürcüstan klubu ilə qarşılaşacaq
UEFA Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək "Zirə"nin də rəqibi məlum olub.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə üz-üzə gələcək.
Raundun matçları iyulun 9-u və 16-da keçiriləcək.
"Qartallar"ın ilk görüşü evdə olacaq.


