Avrokuboklarda 5 qolu 67 ildən sonra "Qalatasaray"dan buraxdılar
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda "Yuventus"a ağır məğlubiyyət (5:2) yaşadan Türkiyənin “Qalatasaray” klubu tarixi rekordlara imza atıb.
"Mediasport" xəbər verir ki, Okan Burukun komandası tarixində ilk dəfə bir Çempionlar Liqası qarşılaşmasında 5 qol vurub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumatına görə, Turin klubu isə avrokuboklar tarixində ikinci dəfə bir görüşdə qapısında 5 top görüb.
Turinlilərin qapısından 5 qolu son dəfə 67 il əvvəl - 1958/1959-cu illər mövsümündə Avropa Kubokunda Avstriyanın “Vyana” komandası keçirib (0:7).
