Avropa Cüdo İttifaqı Olimpiya çempionlarımızı mükafatlandırdı

Avropa Cüdo İttifaqı Olimpiya çempionlarımızı mükafatlandırdı

Avropa Cüdo İttifaqı (EJU) Azərbaycanın Olimpiya çempionları Zelim Kotsoyev və Hidayət Heydərovu mükafatlandırıb.

“Mediasport” xəbər verir ki, EJU-nun prezidenti Laslo Tot cüdo düşərgəsinin açılış mərasiminə dəvət olunan azərbaycanlı idmançılara xatirə hədiyyələri təqdim edib.

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də mükafatlandırılıb.