XXI əsrdə ən çox oyun keçirən futbolçularun siyahısı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) XXI əsrdə ən çox rəsmi oyuna çıxan futbolçuların yenilənmiş siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, 2025-ci ilin sonuna əsasən hesablanmış məlumata görə, dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu ilk pillədə qərarlaşıb.
Portuqaliya milli komandasının kapitanının aktivində 1301 matç var.
2-ci sırada braziliyalı qapıçı Fabio (1288), 3-cü yerdə isə xorvatiyalı Luka Modriç (1143) qərarlaşıb.
Argentina yığmasının lideri Lionel Messi 1137 oyunla 4-cü pillədə yer alıb.
Qeyd edək ki, adları siyahıya salınmış futbolçuların statistikası həm milli komanda, həm də klub səviyyəsində çıxışlarına nəzərən hesablanıb.
