Azərbaycan boksçuları Əhməd Comərd turnirində yarışırlar
Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Əhməd Comərd turniri start götürüb.
"Mediasport" xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar.
Məşqçilər Ayaz Baxşıyevlə Elnur Kərimli ənənəvi turnirdə Ucal Musayev (50 kq), Elbrus Kərimli (60 kq), Cəlal Qurbanov (65 kq) və Vüqar Mamedova (70 kq) şans verəcəklər.
Yarışda Yasəf Quliyevlə Şaban Şahpələngov ölkəmizi hakim kimi təmsil edəcəklər.
Komanda səfərə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun rəhbərliyi altında yollanıb.
