Azərbaycan klubu ötən ay müqavilə bağladığı futbolçunu yola saldı
1-ci Liqada yarışan "Karvan-Yevlax" ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb.
"Mediasport" xəbər verir ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onunla cari mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə bağlanmışdı.

