Komandamız “TechnoXian World Cup 9.0”da dünya ikincisi oldu

Komandamız “TechnoXian World Cup 9.0”da dünya ikincisi oldu

Azərbaycan komandası Hindistanın Noida şəhərində keçirilən dünyanın ən böyük robototexnika çempionatı olan “TechnoXian World Cup 9.0”da böyük uğura imza atıb.

"Mediasport" xəbər verir ki, komandamız dünyanın müxtəlif ölkələrindən gələn 12 min finalçının iştirak etdiyi yarışda yüksək nəticələr göstərərək "Qrand" çempionatı - Dron yarışı (PUA) üzrə dünya çempionu və "RC Craft" (Aviamodelizm) üzrə dünya ikincisi olub.

Bundan əlavə, Azərbaycan 8 fərqli kateqoriya üzrə 8 komanda ilə təmsil olunaraq ölkəmizin adını beynəlxalq arenada bir daha ucaldıb.

Komandalarımız yarışda Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə iştirak ediblər.