Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başladı
Gənc oğlanlardan ibarət cüdo üzrə Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.
Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
