"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan yarışda üç idmançı ilə təmsil olunacaq.
Hər üç cüdoçu mübarizəyə bu gün başlayacaq.
60 kq çəki dərəcəsində Turan Bayramovun ilk rəqibi çinli Yuntao Vanq olacaq.
Eyni çəkidə Balabəy Ağayev mübarizəyə ikinci mərhələdən start verəcək. O, Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq-da təmsilçimiz Yaşar Nəcəfov isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) döyüşünün güclüsü ilə üz-üzə gələcək.
Turnirdə ümumilikdə 23 ölkədən 242 cüdoçu mübarizə aparacaq və yarış 3 gün davam edəcək.