Yüksək Liqada pley-off mərhələsi matçlarının tarixləri müəyyənləşdi
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin tarixləri açıqlanıb.
Bu barədə "Mediasport"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Qadın komandalar arasında pley-off mərhələsinin oyunları martın 27-də, kişilərin yarışında isə aprelin 6-da start götürəcək.
Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da baş tutacaq.
Pley-off və yarımfinal görüşləri 2 dueldən (ev-səfər) ibarət olacaq.
İki matçın yekununda komandaların qələbələri bərabər olsa, qalib "qızıl set"lə müəyyənləşəcək.
Bürünc və qızıl medalların taleyi bir qarşılaşma ilə məlum olacaq.
