Millimiz 21 medalla "Böyük İpək Yolu" turnirinin qalibi oldu

Millimiz 21 medalla "Böyük İpək Yolu" turnirinin qalibi oldu

Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan turnirdə 21 medal (6 qızıl, 5 gümüş və 10 bürünc) qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutaraq "Böyük İpək Yolu" kubokuna yiyələnib.

Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb.

Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. 

Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib.

Tayfur Əliyev (60 kq) – Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) – Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb. 

90 kq-da Surət Qarayev Coşua Heskeni (Avstraliya) məğlub edib – 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28).

Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub. 

Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc ükafata sahib çıxıblar.

Komanda hesabında ikinci yerə Qazaxıstan (3-5-7), üçüncü yerə isə Türkiyə (3-0-3) çıxıb.

Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib.

Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.