"Çelsi"də yeni baş məşqçi - RƏSMİ
Şabi Alonso İngiltərə klubu "Çelsi"nin baş məşqçisi təyin edilib.
"Mediasport" xəbər verir ki, ispaniyalı mütəxəssislər "zadəganlar" arasında 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanıb.
O, London təmsilçisinin "sükanı arxasına" iyulun 1-dən etibarən keçəcək.
Alonso məşqçilik karyerası ərzində "Real Sosyedad"ın əvəzedicilərdən ibarət komandasında, "Bayer"də (Leverkuzen) və "Real"da (Madrid) çalışıb.
