Millimiz Şimali Makedoniyada təlim-məşq toplanışına qatılıb

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Xatırladaq ki, qitə birinciliyi 4-7 sentyabrda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.