Millimizin üzvlərindən Avropa çempionatında daha iki medal

Millimizin üzvlərindən Avropa çempionatında daha iki medal

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın üçüncü günündə mübarizəyə qoşulan Azərbaycanın 5 təmsilçisindən ikisi bürünc medal qazanıb.

Kişilərin mübarizəsində Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) üçüncü yeri tutublar.

81 kq-da digər cüdoçumuz Ömər Rəcəbli, həmçinin qadınların yarışında Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) ümidləri doğrultmayıblar.

Qeyd edək ki, turnirdə daha əvvəl Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) də bürünc mükafat əldə edib.

Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.

Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.