Daha bir ölkədə çempion məlum oldu - 20-ci dəfə ən güclü çıxdılar
Futbol üzrə Belçika Yüksək Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
"Brügge" sona 1 tur qalmış qızıl medalların taleyini həll edib.
39-cu turda “Mexelen”lə heç-heçə (2:2) serbiyalı İvan Lekonun komandasının çempionluğu vaxtından əvvəl rəsmiləşdirməsi üçün yetərli olub.
“Brügge” tarixində 20-ci dəfə Belçikanın ən güclüsü adına yiyələnib.
Xatırladaq ki, rekord çempionluq 34 dəfə birincio lmuş "Anderlext”ə məxsusdur.
Mediasport.com.az


