Elşən Əsədov Avropa Açıq Turnirində qızıl medal qazandı

Elşən Əsədov Avropa Açıq Turnirində qızıl medal qazandı

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada Avropa Açıq Turnirinə uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, ilk gündə 3 təmsilçimiz fəxri kürsüyə yüksəlib.

66 kq çəki dərəcəsində yarışan Elşən Əsədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Eyni çəkidə Rəşad Yelkiyev gümüş mükafat əldə edib.

73 kq-da yarışan Kamran Süleymanov isə üçüncü yeri tutub.

Millimiz hələlik 1 dəst medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə yer alıb.