"Belə komandaya qarşı düzgün oynamalı idik" - Çxadadze
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
gürcüstanlı mütəxəssis "Araz-Naxçıvan"la yoxlama matçı haqda fikirlərini bölüşüb:
"Biz çox yaxşı komandaya qarşı oynadıq. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik.
İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi.
Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı.
Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım".
Xatırladaq ki, şimallılar Naxçıvan klubuna 1:0 hesabı ilə qalib gəliblər.
