"Zirə" Sumqayıtda Estoniya klubu ilə bacarmadı - Konfrans Liqası

"Zirə" Sumqayıtda Estoniya klubu ilə bacarmadı - Konfrans Liqası

UEFA Avropa Konfrans Liqasında Azərbaycan təmsilçisi "Zirə" də 2-ci təsnifat mərhələsində cavab qarşılaşmasına çıxıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Sumqayıtda ötən həftə Estoniyada uduzduğu "Payde"ni qəbul edib.

"Qartallar" rəqibi ilə bacara bilməyib və mübarizəni dayandırıblar.


UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu


"Zirə" (Azərbaycan) - "Payde" (Estoniya) 1:1

Baş hakim: Patrik Kolariç

Yan xətt hakimləri: İvan Yaniç, Dino Knez

Dördüncü hakim: Patrik Pavleşiç (hamısı Xorvatiya)

Sumqayıt, "Socar Polimer Arena", ilk oyun - 0:1.