Avroliqaya buraxılmayan klub azarkeşləri UEFA-ya belə etiraz etdi

İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərə Superkubokunun qalibi "Kristal Pelas"ın UEFA Avropa Liqasında mübarizə aparmaq istəyinə dair etirazını qəbul etməyib.
"Mediasport" xəbər verir ki, 2024-25 mövsümündə İngiltərə Kubokunun qalibi olan Cənubi London təmsilçisi Avroliqada çıxış etmək hüququ qazanmışdı.
Lakin UEFA ötən ay "Olimpik" (Lion, Fransa) klubunun da sahibinin eyni şəxs olmasını əsas gətirərək, İngiltərə təmsilçisinin Avropa Konfrans Liqasına göndərilməsi haqda qərar çıxarmışdı.
UEFA-nın bu qərarından qəzəblənən "Kristal Pelas" azarkeşləri komandanın "Liverpul"la Superkubok matçında qitənin ali qurumuna etiraz əlaməti olaraq, "UEFA Mafya" pankartı açıblar.
Xatırladaq ki, "qartallar" 2025-26 mövsümünə kubokla start veriblər. Oliver Qlasnerin çalışdırdığı komanda bunu "Liverpul"u məğlub etməklə bacarıb (2:2, penaltilər - 3:2).