“Liverpul”la oyuna yollanacaq “Qarabağ” azarkeşlərinin diqqətinə!
Yanvarın 28-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turu çərçivəsində İngiltərədə keçiriləcək “Liverpul” - “Qarabağ” matçının biletləri bu gün satışa çıxarılacaq.
"Mediasport" xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər saat 12:00-dan etibarən iTicket.az saytında satışda olacaq.
Biletlərin qiyməti 115 manat təşkil edir.
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.
Matçın keçiriləcəyi “Enfild” stadionunda “Qarabağ” azarkeşləri üçün 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 millimetr) ilə girişə icazə veriləcək.
Qeyd edək ki, "Enfil" stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
