Vüqar Kərəmovun braziliyalı ilə döyüşünün tarixi müəyyənləşdi

 Vüqar Kərəmovun braziliyalı ilə döyüşünün tarixi müəyyənləşdi

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov növbəti döyüşünə hazırlaşır.

"Mediasport" xəbər verir ki, duel dekabrın 31-də Yaponiyada keçirilməsi planlaşdırılan "Rizin" turnirində baş tutacaq.

Təmsilçimiz braziliyalı Kleber Koyke ilə qarşılaşacaq.

Xatırladaq ki, Kərəmov son olaraq bu ilin iyulunda yaponiyalı Şii Kimuraya qalib gələrək qələbə seriyasını davam etdirib.