"Qarabağ" - "Karvan-Yevlax" oyununun biletləri satışa çıxarılır
Aprelin 6-da Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Karvan-Yevlax" oyununun biletləri bu gün satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri saat 15:00-dan etibarən iTicket.az-da onlayn qaydada əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3-20 manat aralığında dəyişir.
Oyun günü biletlər həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Görüş saat 19:00-da başlanacaq.
