"Qarabağ" ona görə 2,5 milyon avroluq təklifi qəbul etmədi
"Qarabağ" Pedro Bikalyo üçün ciddi təkliflər alıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi üçün iki tanınmış klub "atlılar"a 2,5 milyon avro civarında dəvət göndərib.
Braziliyalının xidmətində vətənindən "Botafoqo" və Rusiyadan "Rubin" maraq göstərib.
Lakin hər iki tərəfə "yox" cavabı verilib. Bikalyo özü bu komandalara getməyə həvəs göstərməyib.
Xatırladaq ki, cənubi amerikalı 2025-ci ilin yayından "Qarabağ"da forma geyinir.


