"Qarabağ"dan Elvin açıqlaması

"Qarabağ"dan Elvin açıqlaması

Ötən gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" ilə ilk oyununda zədlənən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin vəziyyətinə qısa müddətdə aydınlıq gələcək.

Bu barədə Ağdam klubundan "Mediasport"a açıqlama verilib.

Bildirilib ki, 26 yaşlı müdafiəçinin durumu MRT müayinəsindən sonra məlum olacaq.

Xatırladaq ki, Cəfərquliyev matçın sonlarında zədə alıb.