Fəridə Lütfəliyeva Çempionlar Liqasının yarımfinalına dəvət aldı

Fəridə Lütfəliyeva Çempionlar Liqasının yarımfinalına dəvət aldı

Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva 5-ci qrupun yarımfinalında “Flora” (Estoniya) – “Mqar Yunayted” (Malta) matçını idarə edəcək.

İyulun 22-də baş tutacaq görüşdə yan xətt hakimlərindən biri digər həmyerlimiz Gülnurə Əkbərzadə olacaq.

Fəridə Lütfəliyeva bu cütün qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi kimi işləyəcək.

Matçlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.