Çempionlar Liqası: "Qalatasaray" və "Kayrat" darmadağın edildi
                                UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun görüşləri yekunlaşıb..
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də 6 qarşılaşma baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən "Ayntraxt" Almaniyada "Qalatasaray"ı darmadağın edib.
"Napoli" İngiltərədə "Mançester Siti"yə uduzub.
Oktyabrın 1-də Bakıda meydana çıxacaq Danimarkanın "Kopenhagen" klubu isə doğma meydanında "Bayer"lə bərabərə qalıb.
Tarixində ilk dəfə Liqa mərhələsinə yüksəlmiş Qazaxıstanın "Kayrat" komandası çətin Portuqaliya səfərində "Sportinq"in müqavimətinə davam gətirə bilməyib.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:1
"Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) 2:2
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 2:0
"Ayntraxt" F. (Almaniya) - "Qalatasaray" (Türkiyə) 5:1
"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) 4:1
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:2
                        