Qurban Qurbanov qohumunun intizamsızlığına göz yummadı

Qurban Qurbanov qohumunun intizamsızlığına göz yummadı

"Qarabağ"ın daha bir futbolçusu əsas komandadan kənarlaşdırılıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Qurban Qurbanov müdafiəçi Abbas Hüseynovu əvəzedici heyətə göndərib.

Buna oyunçunun intizamsızlığı səbəb olub.

Xatırladaq ki, Abbas Hüseynov Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanlının kürəkənidir.

Ağdam klubunda onadək analoji hərəkətə görə belçikalı legioner Sami Mmae də "qara siyahı"ya düşüb.