"Sampdoriya"da oynayan italyan futbolçu Azərbaycan millisində!

 "Sampdoriya"da oynayan italyan futbolçu Azərbaycan millisində!

İtaliyanın "Sampdoriya" klubunun gənclər komandasının futbolçusu Lorenso Mezzotero 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb.

"Mediasport" xəbər verir ki, "Neftçi"nin yetirməsi yığmamızın Türkiyə toplanışında iştirak edəcək.

19 yaşlı italiyalı hücumçu Bakıda böyüyüb və "Neftçi"nin akademiyasında yetişib. Onun atası işi ilə əlaqədar uzun müddət Azərbaycanda yaşayıb.

Mezzotero 5 ildir vətənində çıxış edir.

Xatırladaq ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Komandamız Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstan futbolçuları ilə yoldaşlıq oyunu keçirəcək.