"Sabah" Bakıda Finlandiya klubunu məğlub etdi - Çempionlar Liqası

"Sabah" Bakıda Finlandiya klubunu məğlub etdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında təmsilçimiz "Sabah" 2-ci təsnifat mərhələsində ilk matçını keçirib.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bakıda Finlandiya təmsilçisi "KuPS"u qəbul edib.

Rəqibdən aşkar üstün oynayan "bayquşlar" minimal hesablı qələbə qazanıblar.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra baş tutacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun


"Sabah" – "KuPS" (Finlandiya) 1:0

Hakimlər: Lukaş Kuzma, Yakub Vinkler, Pyotr Podbelskiy, Martsin Şerboviç (hamısı Polşa).

VAR: Pavel Malets  (Polşa).

AVAR: Pavel Pskit (Polşa).

Masazır stadionu