"Sumqayıt" heyətini fransalı müdafiəçi ilə gücləndirdi - RƏSMİ

"Sumqayıt" heyətini fransalı müdafiəçi ilə gücləndirdi - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi fransalı Rayan Senhaci ilə müqavilə bağlayıb.

Mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

28 yaşlı Əlcəzair əsilli oyunçu yeni klubunda 72 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.

O, son olaraq Rusiyada "Fakel"in formasını geyinib.