Tarixlərində 14-cü dəfə Super Liqanın çempionu oldular

Tarixlərində 14-cü dəfə Super Liqanın çempionu oldular

Futbol üzrə Yunanıstan Super Liqasında 2025/2026-cı illər mövsümünün qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, AEK çempionatın başa çatmasına iki tur qalmış çempionluğu təmin edib.

Afina təmsilçisi uğuru 30-cu turda əzəli rəqiblərindən "Panatinaikos"a qalib gələrək rəsmiləşdirib - 2:1.

Serbiyalı Marko Nikoliçin baş məşqçisi olduğu paytaxt klubu xallarını sayını 70-ə çatdırıb və çempionluğa iddialılar - PAOK ilə "Olimpiakos"u 8 xal geridə qoyub.

Bu, AEK-in tarixində 14-cü çempionluğudur.